• şənbə, 20 Aprel, 09:09
  • Baku Bakı 14°C

“Qalxmaq istədiyimiz dağ çox yüksəkdir”

10.04.18 13:30 1107
“Qalxmaq istədiyimiz dağ çox yüksəkdir”
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Liverpul”la keçiriləcək cavab qarşılaşmasından əvvəl fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Qvardiola qarşılaşma ərəfəsində futbolçularını motivasiya etməyə cəhd göstərib. O, yetirmələrinə uğur qazanacaqlarına inandığını təlqin edib:
"Biz bütün komanda ilə Avropada döyüşməyə hazırıq. Ancaq qalxmaq istədiyimiz dağ çox yüksəkdir. Ola bilsin ki, növbəti addımı atmaq üçün bizə çox vaxt lazım olacaq.
Ancaq bütün hallarda, bu mövsüm ötən mövsümə nisbətən yaxşıyıq. Hiss edirəm ki, növbəti mövsüm bundan da yaxşı olacaq.
Sadəcə, irəli getmək lazımdı. Biz də məhz bunu edəcəyik”.
"Mançester Siti” 1/4 finalın ilk qarşılaşmasında "Liverpul”a məğlub olub - 0:3.
banner

Oxşar Xəbərlər