AZE | RUS | ENG |

Qalmaqallı videomateriala rəsmi münasibət

Qalmaqallı videomateriala rəsmi münasibət
Əli Həsənov: «Müvafiq orqanlar internetdə yayılan videomaterialla əlaqədar olaraq lazımi tədbirlər görəcəklər»

Dünən internet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır, bunu AzərTAc Dövlət İnformasiya Agentliyinə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Milli Məclisin deputatı Gülər Əhmədova və hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin iştirakı ilə internetdə yayılmış videomateriala münasibət bildirərkən deyib. Ə.Həsənov deyib ki, son illər korrupsiyaya və ölkənin demokratik inkişafına maneə törədən digər mənfi hallara qarşı mübarizə daha da gücləndirilib və sistemli xarakter alıb. PA rəsmisinin sözlərinə görə, Azərbaycan qanunvericiliyinə müvafiq olaraq aidiyyəti orqanlar tərəfindən ardıcıl şəkildə həyata keçirilən tədbirlər barədə ictimaiyyətə müntəzəm məlumat verilir. "Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və "mənsəb" qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Hakimiyyətin bu tipli hallara münasibəti ondan ibarətdir ki, əyri yollarla vəzifə almaq və yaxud seçkili orqanlarda təmsil olunmaq istəyən insanların niyyəti baş tutmayıb, tutmur, tutmayacaq və belələri gec-tez cəmiyyət qarşısında ifşa olunacaqlar. Mən şübhə etmirəm ki, müvafiq orqanlar internetdə yayılan bu materialla əlaqədar olaraq lazımi tədbirlər görəcəklər" Ə.Həsənov deyib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917