• çərşənbə axşamı, 19 mart, 14:47
  • Baku Bakı 8°C

Qalib Rəhimovun oğluna hökm oxunub

16.03.18 15:10 1026
Qalib Rəhimovun oğluna hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
APA-nın məlumatına görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi iclasda hökm oxunub.Hökmə əsasən, A. Rəhimov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Prokuror A. Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ötən il sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə "Subaru” markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi "Subaru” markalı avtomobili yolun kənarında dayanan, paytaxt sakini Seymur Məmmədova məxsus "Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakiniFüzuliMəmiyevin idarə etdiyi "Opel” markalı avtomobilə çırpılıb.
F. Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A. Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
A. Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
A.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.
banner

Oxşar Xəbərlər