• cümə, 29 Mart, 09:31
  • Baku Bakı 5°C

“Qalatasaray”dan “Şalke”yə ukraynalıya görə təklif

13.07.17 11:55 1297
“Qalatasaray”dan “Şalke”yə ukraynalıya görə təklif
"Qalatasaray” "Şalke”nin futbolçusu Yevgeni Konoplyankanın xidmətində maraqlıdır.
Kaspi.z xəbər verir ki, İstanbul nəhəngi ukraynalıya görə, "Şalke”yə müraciət edib. "Qalatasaray” onu transfer etmək üçün 7 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, almanlar 9 milyon avro tələb edirlər. Konoplyankanın xidmətində "Latsio”, "Trabzonspor” və "İnter”in də maraqlı olduğu deyilir.
Konoplyanka ötən mövsüm Almaniya çempionatında icarə əsasında çıxış edib. O, 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib. Mövsümün sonunda "Şalke” onun transfer hüququnu "Sevilya”dan alıb.
banner

Oxşar Xəbərlər