• şənbə, 20 Aprel, 18:32
  • Baku Bakı 24°C

“Qalatasaray”da daha bir isveçrəli futbolçu

16.01.14 07:48 1053
“Qalatasaray”da daha bir isveçrəli futbolçu
“Qalatasaray” İzzət Hayroviçdən sonra İsveçrədən növbəti futbolçunu heyətinə qatmaq üzrədir. Apasport.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Belə ki, “sarı-qırmızılar” “Bazel”də çıxış edən Endoğan Adili ilə danışıqlara başlayıb. Bu transferin yaxın günlərdə reallaşacağı deyilir.
Qeyd edək ki, İsveçrə millisinin aşağı yaş üzrə komandalarında da çıxış edən 19 yaşlı yarımmüdafiəçinin anası kosovolu, atası isə türkdür. Bu səbəbdən də, o, “Qalatasaray”da legioner kimi, deyil, yerli oyunçu statusu ilə çıxış edə biləcək.
banner

Oxşar Xəbərlər