• çərşənbə axşamı, 23 aprel, 20:25
  • Baku Bakı 20°C

“Qalatasaray” ruslara yeni təklif göndərdi

29.01.19 12:15 556
“Qalatasaray” ruslara yeni təklif göndərdi
"Qalatasaray” Moskva "Spartak”ının futbolçusu Ze Luişi transfer etməkdə israrlıdır.
Kaspi.az xəbər verir ki, "cim-bom” ruslara 7,5 milyonluq təkliflə müraciət etsə də, "yox” cavabı almışdı. "Qalatasaray” rəhbərliyi "Spartak”a yeni təkliflə müraciət edib.
Bu dəfə qiymət 10 milyon avroya qədər artırılıb. Məlumata görə, Moskva klubunu bu təklif də qane etmir. Onlar futbolçunun satışından 15 milyon avro əldə etməyi planlaşdırırlar.
Futbolçunun özü isə "Qalatasaray”a keçməyə razıdır. İstanbul nəhəngi ona 3,5 illik müqavilə və ilə 3 milyon avro məvacib vəd edir.
banner

Oxşar Xəbərlər