• cümə, 19 Aprel, 05:25
  • Baku Bakı 18°C

“Qalatasaray” Roberto Mançini ilə anlaşdı

30.09.13 11:54 1235
“Qalatasaray” Roberto Mançini ilə anlaşdı
Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son iş yeri İngiltərənin “Mançester Siti” klubu olan italiyalı mütəxəssis müzakirələrin başlanğıcında 4 illik sözləşmənin müqabilində özü üçün illik 6, köməkçiləri üçün isə illik 2,8 milyon avro istəyib.
Lakin dünən 3 saat çəkən görüşmələrdən sonra Mançini “Qalatasaray”ın prezidenti Ünal Aysalın təklif etdiyi 2+1 illik müqavilə şərtləri ilə razılaşıb. İtaliyalı çalışdırıcı illik əmək haqqı mövzusunda güzəştə gedərək, illik 4,5 milyon avroya əl sıxışıb. Ancaq təzminat və Mançinin 8 nəfərlik məşqçi heyəti üçün ödəniləcək maaş mövzusunda müəyyən fikir ayrılığı olunca, tərəflər bu gün təkrar bir araya gəlməyə qərar veriblər. Müzakirələrin müsbət sonluqla yekunlaşması üçün ciddi bir əngəl yoxdur. İtaliyalı çalışdırıcını artıq “Qalatasaray”ın baş məşqçisi saymaq olar. Onunla bu həftə rəsmi müqavilə bağlanacaq.
Qeyd edək ki, ötən həftə Fatih Terimin istefasından sonra yeni baş məşqçi tapmaq üçün dərhal hərəkətə keçən “Qalatasaray” rəhbərliyinin siyahısında Roberto di Matteo, Marselo Byelsa kimi adlar vardı. Lakin İstanbul təmsilçisinin bossları Roberto Mançini variantına üstünlük verdilər. Klub prezidenti Ünal Aysal şəxsən İtaliyaya yollanaraq, təcrübəli çalışdırıcını Türkiyəyə gəlməyə razı saldı.
banner

Oxşar Xəbərlər