• cümə axşamı, 25 aprel, 14:40
  • Baku Bakı 23°C

“Qalatasaray” onun soyadı yazılmış formalar hazırlatdırıb

18.12.18 13:50 513
“Qalatasaray” onun soyadı yazılmış formalar hazırlatdırıb
"Akhisarspor”un hücumçusu Yevgeni Seleznyov karyerasını "Qalatasaray”da davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, Selznyovun "Rizəspor”a keçəcəyi ilə bağlı məlumat yayılmışdı. Ancaq futbolçunun agenti İvan Pirojenko bu xəbəri təkzib edib və müştərisinin "Qalatasaray”da oynaya biləcəyini bildirib:
"Seleznyovla bağlı məsələyə aydınlıq gətirmək istəyirəm. Onunla bağlı xeyli söz-söhbət, mif yayılıb. Deyirlər ki, guya Jenya "Rizəspor”la müqavilə bağlayıb.
Biz heç bir müqavilə imzalamamışıq. "Rizəspor” hazırda danışıq apardığımız 5-6 klubdan biridir. İstəyirik ki, "Qalatasaray” variantı reallaşdıraq. Bu istəyimizi 2 il əvvəl qarşımıza məqsəd kimi qoymuşuq. Hətta onu da deyə bilərəm ki, "Qalatasaray” artıq "Seleznyov” yazılmış formalar da hazırlatdırıb”.
banner

Oxşar Xəbərlər