• cümə, 29 Mart, 08:41
  • Baku Bakı 5°C

“Qalatasaray” ona görə 7 milyon verir

16.06.17 15:00 2335
“Qalatasaray” ona görə 7 milyon verir
"Qalatasaray” A seriyasından futbolçu transfer etmək niyyətindədi.
Kaspi.az xəbər verir ki, İstanbul nəhəngi "Sassuola”nın futbolçusu Françesko Açerbi ilə ciddi maraqlanır. Məlumata görə, "Qalatasaray” İtaliya klubuna rəsmi təklif göndərib.
"Aslan” müdafiəçiyə görə 7 milyon avro ödəməyə hazırdı. Ancaq "Sassuola” 12 milyon avro tələb edir. Açerbi başa çatan mövsümdə "Sassuola”nın heyətində 49 oyun keçirib, 4 qol vurub.
Futbolçunun qüvvədə olan müqaviləsi 2018-ci ilin yayında başa çatır. Açerbi İtaliya yığmasında da 2 oyun keçirib.
banner

Oxşar Xəbərlər