• cümə, 29 Mart, 19:04
  • Baku Bakı 14°C

“Qalatasaray“ Azərbaycan şirkəti ilə anlaşdı

12.09.14 12:09 1088
“Qalatasaray“ Azərbaycan şirkəti ilə anlaşdı
“Qalatasaray” titul sponsorlarının adlarını açıqlayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi yeni mövsümdə formasının üzərində 2 brendi reklam edəcək.
Belə ki, Türkiyə Super Liqasında “sarı-qırmızılar”ın yaxasında SOCAR yazılacaq. Bu isə o deməkdir ki, Azərbaycan şirkəti İstanbul nəhənginin sponsorlarından birinə çevrilib. Avqust ayından başlanılan danışıqlar sentyabrda başa çatıb.
Çempionlar Liqasının oyunlarında “Qalatasaray”ın formasında “Sberbank” yazılacaq. Bu, onların Rusiya bankı ilə də anlaşdığından xəbər verir.
banner

Oxşar Xəbərlər