• cümə, 19 Aprel, 03:59
  • Baku Bakı 18°C

“Qalatasaray” 16-cı dəfə Türkiyə Superkubokunun qalibi olub

08.08.19 10:15 8289
“Qalatasaray” 16-cı dəfə Türkiyə Superkubokunun qalibi olub
Avqustun 7-də keçirilən futbol üzrə Türkiyə Superkuboku uğrunda matçda "Akhisarspor” və "Qalatasaray” klubları qarşılaşıblar.
AZƏRTACxəbər verir ki, paytaxt Ankaranın "Eryaman” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla yadda qalıb.
Matçın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı açıb - 1:0. Birinci hissə elə bu hesabla başa çatıb.
İkinci hissədə hər iki tərəf qol vurmağa çalışsa da, hesab dəyişməyib və beləliklə, "Cim-bom” superkuboku başı üzərinə qaldırıb.
Qeyd edək ki, bu qələbə sayəsində "Qalatasaray” klubu 16-cı dəfə bu kuboka yiyələnib.

banner

Oxşar Xəbərlər