• cümə axşamı, 28 mart, 19:28
  • Baku Bakı 13°C

Qahirədə Ərəb Kəşfiyyat Forumu keçirilib

25.02.20 11:45 946
Qahirədə Ərəb Kəşfiyyat Forumu keçirilib
Misirin paytaxtında Yaxın Şərq və Şimali Afrika ölkələri kəşfiyyat orqanları rəhbərlərinin iştirakı ilə Ərəb Kəşfiyyat Forumu keçirilib.
AZƏRTACxəbər verir ki, forumun yekunları barədə jurnalistlərə məlumat verən Misir Prezidentinin mətbuat katibi Bəssam Radi əsas mövzunun terrorizmə qarşı mübarizənin gücləndirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, tədbirdə çıxış edən Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi dövlət və hökumət başçılarının regionda gərginliyin artması fonunda təhlükəsizlik və kəşfiyyat orqanlarının fəaliyyətinə daha böyük dəstək verməsinin vacibliyini qeyd edib.
Forumda terrorizm, ekstremizm ideologiyası və mütəşəkkil cinayətkarlığa qarşı daha effektiv mübarizə yolları müzakirə edilib. Qeyd edilib ki, ərəb ölkələrinin təhlükəsizlik xidmətləri bu məsələdə dünyanın bütün qabaqcıl kəşfiyyat orqanları ilə daha sıx əməkdaşlıq etməlidirlər.
banner

Oxşar Xəbərlər