Qafqazın “barıt çəlləyi” kimin problemidir?
Tək Ermənistana deyil, regionda yerləşən əksər dövlətlər üçün ciddi
təhlükə mənbəyi kimi qəbul edilən Metsamor Atom Elektrik Stansiyası (AES) bu
dəfə türk mediası tərəfindən gündəmə gətirilib. Qafqazın "barıt çəlləyi” adlandırılan
stansiya ilə bağlı qardaş ölkənin "Enerji günlüyü” nəşrində müəllif Halik
Direskenli həyəcan təbili çalıb. Müəllif yazır ki, stansiya Ermənistanın
paytaxtı Yerevandan 25, Türkiyə ilə sərhəddən isə 16 kilometr aralıda yerləşir.
VVER 440 tipli bu stansiya 2x408 MWe gücündədir. Birinci blok 1976-cı ildə,
ikinci blok isə 1980-ci ildə fəaliyyətə başlayıb. İllər boyu fəaliyyət göstərən
stansiyanın iqtisadi cəhətdən fəaliyyət müddəti bitib. Müəllif yazır ki, AES 1976-cı
ildə fəaliyyətə başlayanda BMT-nin İnkişaf Proqramının layihəsi əsasında
Moskvada üç aylıq praktikada olub. Onun sözlərinə görə,Moskvada qaldığı
müddətin son ayında qəfildən onlara "hazırlaşın, çox yeni nüvə stansiyası inşa
etdik, sizləri ora aparacağıq” deyiblər: "Köhnə bir təyyarə ilə dörd saat
uçuşdan sonra Moskvadan Yerevana gəldik.
Dəhşətli dərəcədə bir yol yorğunluğu var idi. Təyyarənin uğultusu uzun müddət
qulaqlarımdan getmədi. Qulaqlarım və bədənim bu gurultuya necə tab gətirdi? Ola
bilsin, gənc olmağım bunları önləməyə kömək etdi. Bizi çar dövründən qalma yüksək
tavanlı daş binada yerləşdirdilər. Yerevanda yerləşən oteldən Ağrı dağı bütün görkəmi
ilə görünürdü. Səhəri gün bizi Metsamor Atom Elektrik Stansiyasına apardılar. O
zamanlar nüvə elektrik stansiyası bizə çox super bir tikili, sirli bir şey təsiri
bağışlayırdı. Bizi nəzarət otağına apardılar - divarda bir sürü lampa, TV
cihazları, qoruyucu ağ paltarlı personal.O zaman dedim ki, biz nə qədər
geridə qalmışıq. Kömürdən istifadə edirik, burada isə insanlar nüvə enerjisi
ilə evlərini qızdırıb, işıqlandırırlar. Halal
olsun, insanlar azacıq həcmdə nüvə enerjisi ilə Ermənistanın elektrik enerjisinə
olan ehtiyacını ödəmiş olublar”. Türkiyəli yazar xatırlayır ki, o zaman onların
da nə zamansa belə bir stansiyaya malik olacaqları xəyal kimi görünürdü: "Sonra
səfər bitdi, proqram başa çatdı və vətənə döndük. Metsamor AES-də gördüklərimiz
uzun zaman beyinlərimizdən silinmədi. Nüvə stansiyasının binasının yaxınlığına
belə getmədik, sadəcə uzaqdakı nəzarət binasında olduq, uzaqdan dörd hava soyutma
qülləsini gördük. Bizə nüvə stansiyasını tanıdan heyət çox qəribə idi. Daş
kömür texnologiya mühəndisləri yanında özlərini yüksək tutur və bizə yuxarıdan
aşağı baxırdılar. Biz də vəziyyəti qəbul edir və onların çıxışlarını
dinləyirdik”. Onun sözlərinə görə, o zaman nəzarət otağında gördükləri
lampalar, divardakı şəkillər, ağ-qara TV - bu gün çox primitiv, bəsit görünür: "Çünki,
indi bizim nüvə stansiyalarının otaqlarında nələr yoxdur?”. Müəllif yazır ki, indi
bu nüvə stansiyası keçmiş sovetlər birliyinin ən geridə qalmış, təhlükəsizlik
səviyyəsinə görə, ən aşağı səviyyədə olan stansiyadır: "Bir blok qapalı, digəri
çətinliklə fəaliyyət göstərir. Zəlzələ bölgəsində inşa edilmiş bu stansiyadan
çıxan tullantıların hara aparıldığı bəlli deyil. Hər hansı bir qəza baş
verdikdə, təxliyə planı belə mövcud deyil, pulları yoxdur. Nüvə stansiyası
nəzarət baxımından qorxunc bir vəziyyətdədir. Metsamor nüvə stansiyası
Ukraynada fəlakətə səbəb olan Çernobıl AES-in oxşarıdır”.
Müəllif yazır ki, nüvə stansiyasının başı üzərində təzyiqə davamlı beton polad günbəz yoxdur. Nüvəsi qrafit örtükləridir. Nüvə stansiyasının fəaliyyət müddətinin bitməsinə baxmayaraq, bir blok hələ də fəaliyyət göstərir. Stansiyanı nüvə bombasına bənzədən müəllif yazır ki, hər hansı bir səhv addım Çernobıl faciəsini təkrarlada, nəticədə radioaktiv maddə ətrafa yayıla bilər. Partlayış olmasa belə, yeraltı və ətraf mühitə tüstü və radiasiya yayılar. Ən pis plutoniumdur. Qəzadan sonra buranın təmizlənməsi yüz illər tələb edə bilər. Müəllif qeyd edir ki, ruslar ermənilərə stansiyanı yenidən söküb, əvəzində 1000 MWe gücündə yeni bir nüvə stansiyasını tikib verməyi təklif etsə də, qarşı tərəf bunu qəbul etməyib. Daha sonra müəllif vurğulayıb ki, hər kəs stansiyanın mövcudluğuna etiraz edir, ən çox da Avropa. Belə ki, Avropa Metsamor Nüvə Stansiyasının yenilənməsi üçün 100 milyon avro maliyyə proqramı da hazırlayıb: "Bu rəqəm, durumun ağır olduğu bəlli olduqdan sonra 200 milyon avroya qaldırıldı. Amma durumun yaxşılaşdırılması çox çətin və bahalıdır. 1976-cı il səfərimizdə stansiyanın müdirinə "Nədən burada nüvə stansiyası inşa etdiniz?” sualı ünvanlamışdım. Burada təbii mənbə, külək, günəş və sairə yox. Bu gün en pis nüvə stansiyası onlarda. Üstəlik, zəlzələ bölgəsi, son yüz ildə üç dəfə 7-9 bal gücündə zəlzələ görüb, son zəlzələ xətti 75 km. uzaqdan keçib. Metsamor sadəcə, Ermənistana aid deyil. Qonşu ölkələrin hamısı bu stansiya ilə bağlı problem yaşayır”.
Müəllif bildirir ki, bir ara Türkiyədə nüvə stansiyası üçün yer aranılarkən Böyükadanın cənubu ağla gəlmişdi: "İstanbula yaxın yerdə idi. Lakin sonradan unuduldu. Akkuyu, Sinop, İgnəada önə çəkildi. Beynəlxalq Atom Enerjisi Agentliyi - MAQATE Metsamor nüvə stansiyasının bağlanması üçün bir iş görmür, görməz və görə də bilməz. Hər il açıqladığı hesabatlardan başqa əlindən bir iş gəlmir. Bizim sərhədimiz yaxınlığında yerləşən nüvə stansiyası hər an partlaya biləcək bir durumdadır. Bu stansiyanın bütövlükdə bağlanması üçün bütün qonşu ölkələrin kömək etməsi və təzyiq göstərməsi gərəkdir.Qərb sərhədimizdən sadəcə, 16 kilometr uzaqlıqdadır, səsimiz çıxmır. Azərbaycan dəfələrlə beynəlxalq tribunalardan stansiyanın təhlükəli olması ilə bağlı məsələsini qaldırıb. Halbuki ən çox bizim etiraz etməmiz lazımdır. Bir oluruqsa, daha faydalı ola bilər”. Müəllif sonda yazır ki, enerji daşıyıcılarının baha olmadığı bir dönəmdə, Türkiyə Akkuyu AES-in inşası ilə bağlı planlarına yenidən baxmalıdır.
Azər NURİYEV