• cümə, 29 Mart, 19:26
  • Baku Bakı 14°C

Qafqazda ikinci erməni dövləti yaradılması mümkün deyil

08.07.19 15:22 577
Qafqazda ikinci erməni dövləti yaradılması mümkün deyil
ATƏT PA-nın yekun plenar iclasında Milli Məclisin deputatı Kamran Nəbizadə çıxış edib.
AZƏRTACxəbər verir ki, natiq öz çıxışında enerji təhlükəsizliyi, Avropa bazarının Köhnə Dünyanın zəruri enerji ehtiyatları ilə təmin olunmasında Azərbaycanın və bütün Xəzər regionunun rolu mövzusuna toxunub. Deputat vurğulayıb ki, Azərbaycan enerji resurslarının Avropa İttifaqına nəqlinin şaxələndirilməsində mühüm rol oynayır. Daha sonra o bildirib ki, ATƏT üzvü olan ölkələr ikili standartlardan əl çəkməli, dondurulmuş münaqişələrin dinc, diplomatik yolla nizamlanması üçün əllərindən gələni etməlidirlər. Nəzərə almaq lazımdır ki, terrorizm, təcavüz, işğal və hərbi münaqişələr bütün ATƏT məkanında ümumi enerji siyasətinin və siyasi sabitliyin təmin edilməsi üçün ciddi risklər yaradır.
Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Aland adaları modelindən istifadə edilməsi təklifinə görə finlandiyalı həmkarına təşəkkürünü bildirib. O xatırladıb ki, Azərbaycan Dağlıq Qarabağ regionunun erməni icmasına Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsini dəfələrlə təklif edib, lakin Yerevan hər dəfə bu təklifi rədd edir, Cənubi Qafqazda ikinci erməni dövləti yaradılmasında israrlı olduğunu bildirir. Kamran Nəbizadə deyib: "Bu isə mümkün deyil”.
banner

Oxşar Xəbərlər