• cümə axşamı, 28 mart, 13:54
  • Baku Bakı 16°C

Qafqaz Universiteti bəyanat yayıb

18.01.17 14:00 804
Qafqaz Universiteti bəyanat yayıb
Qafqaz Universiteti bəyanat yayıb. Universitetin mətbuat xidmətindənAPA-ya daxil olan bəyanatda bildirilir ki, Qafqaz Universiteti təsisçisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin qərarı əsasında ləğv edili".
"Təsisçi tərəfindən təşkil edilən Ləğvetmə Komissiyası tərəfindən qanunvericiliyin tələblərinə uyğun proses idarə edilir və bu çərçivədə 18 yanvar 2017-ci il tarixində rəsmi qəzetdə elan verilib.
Qafqaz Universitetində hal-hazırda tədris fəaliyyətləri fasiləsiz davam etdirilir, qış imtahan sessiyasının gedişində heç bir problem yoxdur.
Məlumat üçün bildiririk ki, tələbələrimizin təhsil hüquqlarının təmin edilməsi, təhsillərini uğurla davam etdirmələri baxımından heç bir problem yaranmayacaq.
Qafqaz Universitetində təhsil alan tələbələrin böyük əksəriyyəti yüksək bal toplayaraq universitetə qəbul olunan tələbələrdir və bu tələbələrimizin və valideynlərinin narahatlığına heç bir səbəb yoxdur.
Ləğv edilən Qafqaz Universiteti haqqında tərəfimizdən verilən bu məlumat xaricində heç bir rəsmi qaynağa istinad etməyən məlumatlar əsassızdır və etibar edilməməlidir", - bəyanatda vurğulanır.
banner

Oxşar Xəbərlər