Qafqaz qoruğu ərazisində yeni göl aşkar edilib

Qafqaz qoruğu ərazisində yeni göl aşkar edilib

Təfsilat
17 Avqust 2019, 18:15 1041
Rusiyanın Krasnodar diyarında yerləşən Qafqaz qoruğunun ərazisində ekspedisiyada olan qrupun iştirakçıları buzlağın geri çəkildiyi yerdə yeni gölün yarandığını aşkar ediblər. 
 
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Qafqaz qoruğunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda deyilir: "Açipsta çayı hövzəsində, Çelipsi buzlağının geri çəkildiyi yerdə kiçik cavan göl aşkar edilib. Həmin sututar əvvəllər heç bir xəritədə göstərilməyib. Bu fakt qlobal istiləşmə nəzəriyyəsini, yəni hazırda buzlaşmanın pozulması və buzlaqlardan yeni göllərin əmələ gəlməsi proseslərinin getdiyini növbəti dəfə təsdiq edir.