• cümə axşamı, 25 aprel, 13:57
  • Baku Bakı 23°C

Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyada səfərdədir

07.02.19 14:15 567
Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyada səfərdədir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Avstriya Respublikasında səfərdədir.
QMİ-nin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, səfərdə məqsəd fevralın 6-sı və 7-si Vyanada keçirilən KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının 20-ci sessiyasında iştirak etməkdir. Şeyxülislam A.Paşazadə 9 nəfərlik Direktorlar Şurasının üzvüdür.
Sessiyada Mərkəzin 2020-2024-cü illər üçün iş planı və strategiyası müəyyənləşdiriləcək. Strateji plan dinlərarası dialoqun insan hüquqları, miqrasiya, ətraf mühitin qorunması, zorakılığa qarşı mübarizə, qeyri-ənənəvi dini axınlarla dialoqun qurulması, eləcə də qadın və gənclər məsələləri üzrə istiqamətləri əhatə edir.
Dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət olan Direktorlar Şurasının iki gün davam edəcək sessiyasında Avropa, Amerika, Afrika, Asiya, o cümlədən Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr, habelə bu regionlarda baş verən mühüm hadisələrə dair müzakirələr aparılacaq. QMİ sədrinin həmin müzakirələrdə iştirak və çıxışı nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər