• şənbə, 20 Aprel, 09:04
  • Baku Bakı 14°C

Qafqaz Müsəlmanları İdarəsindən Azərbaycan idmançıları ilə bağlı Fətva

19.06.15 15:02 1292
Qafqaz Müsəlmanları İdarəsindən Azərbaycan idmançıları ilə bağlı Fətva
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Birinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının müraciətlərini nəzərə alaraq, İslam fiqhi və şəriətinə dair bəzi məsələlərə aydınlıq gətirib və münasibətini bildirib.
QMİ-dən APA-ya bildirilib ki, bu ilin Ramazan ayı ölkəmizin tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunları ilə eyni günlərə təsadüf edib: “Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir və bizi də çox məmnun edir ki, hər il bu müqəddəs ibadətlərə Azərbaycan idmançıları da səbir və təqva ilə qoşulurlar. Fəqət bu il orucluq Birinci Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Ramazanda İslamın mücahid idmançısı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tuta bilməyən və ya orucunu pozmalı olan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər. Çünki rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq – vacib və savab əməllərdəndir.
Azərbaycan dindarları inanırlar ki, Birinci Avropa Oyunlarında idmançılarımızın qələbəsi - torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərin xatirəsinə ən dəyərli töhfə, ölkəmizin şərəf salnaməsinə yazılan ən parlaq səhifədir”.
banner

Oxşar Xəbərlər