• cümə, 19 Aprel, 07:00
  • Baku Bakı 13°C

Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb

03.07.17 12:10 2021
Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb
Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdən Gəncəyə köçməsində və 15 sentyabr 1918-ci ildə Bakının erməni-daşnak ünsürlərindən təmizlənməsində həlledici rolu olmuş Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları tapılıb.
Bu barədəAPA-ya Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın həyat və fəaliyyəti haqqında 928 səhifəlik "Nuri Killigil” kitabının müəllifi Atilla Oral məlumat verib. O, raportları köhnə kitablar, fotolar, sənədlər satan bir bukinist mağazası sahibində gördüyünü söyləyib: "Azərbaycan dövlətinin Tiflisdən Gəncəyə köçməsi və daha sonra Bakının azad edilməsi üçün həyata keçirilən gündəlik icraatların hamısı barədə Osmanlıordularının Batumdakı komandanı, general-polkovnik Əbdülvahab paşaya raportlar göndərilib. Raportlarda bütün təfərrüatlar öz əksini tapıb. Bilirsiniz ki, mən kitablarımı özüm çap edib özüm satır, əldə etdiyim pulu yeni sənədlər almağa xərcləyirəm. Qafqaz İslam Ordusunun gündəlik fəaliyyət raportları üçün çox pulistəyirlər, hal-hazırda maddi imkanım onu almağa imkan vermir. Ancaq əmin olun ki, yaxın günlərdə pul tapıb o dəftərləri alacaqvəAPAvasitəsilə Azərbaycan oxucularına təqdim edəcəyəm”.
Qeyd edək ki, Türkiyədə silah sənayesinin qurucularından olan Nuri Paşanın həyat və fəaliyyətini 17 il araşdıran tədqiqatçı Atilla Oral 2016-cı ilin iyununda 928 səhifəlik "Nuri Killigil” kitabını çap etdirib. Kitab Türkiyədə və Azərbaycanda böyük marağa səbəb olub.
banner

Oxşar Xəbərlər