• şənbə, 20 Aprel, 16:43
  • Baku Bakı 23°C

“Qafqaz İslam Ordusuna qədər Bakıya Şimali Qafqaz müsəlmanları köməyə gəlib”

30.03.18 14:35 571
“Qafqaz İslam Ordusuna qədər Bakıya Şimali Qafqaz müsəlmanları köməyə gəlib”
"Əsrin əvvəlində Azərbaycanda məhz Bakıda hakimiyyət uğrunda mübarizə getməsinə baxmayaraq, bu gün biz bunu ona görə soyqırımı kimi dəyərləndirə bilirik ki, Azərbaycanın müxtəlif partiyalardan - istər Müsavat istərsə də, bolşevik partiyalarından olan ziyalıları bu məsələyə vahid mövqedən yanaşdılar. Həm Nəriman Nərimanov, həm Məhəmməd Əmin Rəsulzadə bu hadisələri soyqırımı kimi dəyərləndirdilər”.
APA-nın məlumatına görə, bunuMilli Məclisin bu gün keçirilən xüsusi iclasında 31 mart soyqırımının 100 illiyi ilə bağlı müzakirələrdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədriƏli Hüseynlideyib.
O təklif edib ki, tarixçiləri ötən əsrin 20-30-cu illərinə aid arxiv sənədlərinə yenidən baxmalıdırlar: "Çünki faktiki olaraq 30-cu illərdən sonra həmin hadisələri vətəndaş müharibəsi kimi qiymətləndiriblər. Amma 20-ci illərdə bir çox tarixçimiz 18-ci ildəki mart hadisələrinin soyqırımı olduğunu sübut edib”.
Ə. Hüseynli bildirib ki, hadisə ilə bağlı Hacı Zeynalabdin Tağıyev və bir sıra ziyalılar dünyaya müraciət etdikdən sonra hələ Qafqaz İslam Ordusu gələnə qədər ilk köməyi Dağıstan müsəlmanları, ümumilikdə Şimali Qafqaz müsəlmanları ediblər: "Şimali Qafqazın müftisi dərhal qərar qəbul edib, bir qrup müsəlman Şimali Qafqazdan Bakıya yürüş edib. Təxminən 1500 atlı Şimali Qafqazdan Bakıya yol alıb, yolboyu onlara əlavə 1000 atlı da qoşulub. Onlar aprelin 7-də indiki Xırdalan ərazisinə qədər gəlib, orada ermənilərlə gərgin döyüşlər baş verib.
Bununla, sonradan Qafqaz İslam Ordusunun uğurla Bakıya çatması üçün zəmin yaradıldı.
O cümlədən Qarabağda, Zəngəzurda və Göyçədə gedən mübarizədə də əhalimiz yaxından iştirak edirdi. Xosrov bəy Sultanov və digərləri mühasirədə olmalarına baxmayaraq, Bakıya da kömək edirdilər”.
Ə. Hüseynli bildirib ki, bütün bunlar nəzərə alınsa, 1918-ci ildə baş verənlərlə 1988-ci ildə baş verənlər bir-birindən fərqlənir: "Çünki əsrin əvvəlində hakimiyyətlə xalq birliyi vardı, 1988-92-ci illərdə isə bu birlik mövcud deyildi. Bu da torpaqlarımızın yenidən işğalı ilə nəticələndi. 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin verdiyi fərmanla, xüsusilə cənab prezidentin gördüyü işlər nəticəsində azərbaycanlılar, dünyadakı türklər və müsəlmanlar artıq baş verən hadisə ilə bağlı obyektiv bilgilərə malikdirlər”.
banner

Oxşar Xəbərlər