• cümə axşamı, 28 mart, 21:57
  • Baku Bakı 13°C

“Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılır

22.08.16 10:44 2080
“Qafqaz İnkişaf Bankı” və “Atrabank”ın əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılır
Bu gündən "Qafqaz İnkişaf Bankı” və "Atrabank”ın əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılır.

"APA-Economics”in məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu (ADİF) 22 avqust 2016-cı il tarixdən etibarən kompensasiyaların ödənilməsi prosesini "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC vasitəsilə həyata keçirəcək. Fond əmanətçilərə kompensasiyaların ödəniş yeri haqqında daha dəqiq məlumat verəcək.

ADİF "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/3 və 07/1 saylı qərarı ilə "Atrabank” və "Qafqaz İnkişaf Bankı”na bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq, 14 avqust 2007-ci il tarixdə 30 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Atrabank” və 10 sentyabr 2007-ci il tarixdə 33 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Qafqaz İnkişaf Bankı” 28 yanvar 2016-cı il tarixində "Əmanətlərin sığortalanması haqqında” qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Fondun üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)1594/2016 saylı qərardadına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş ərizə təmin olunmaqla Mərkəzi Bankın "Qafqaz İnkişaf Bankı” və "Atrabank”ın iflas proseduruna dair ərizəsi qüvvədə qalıb və hər iki bankda sığorta hadisəsi baş verib.
banner

Oxşar Xəbərlər