• cümə, 19 Aprel, 18:56
  • Baku Bakı 24°C

“Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər”

04.12.17 11:40 1878
“Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər”
Bakıda Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə "Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirin mühüm ictimai və siyasi əhəmiyyətə malik olduğunu bildirib. O, Qafqazşünaslıq İnstitutunun fəaliyyətə başladığı qısa müddət ərzində xeyli uğurlu işlər həyata keçirməsinin, irəli sürdüyü problemlərə gənc tədqiqatçıların xüsusi maraq göstərmələrinin təqdirəlayiq olduğunu vurğulayıb.
AMEA-nın İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova XVIII əsrdən başlayaraq kəskin geopolitik rəqabət meydanına çevrilən Qafqaz regionunun bu günə qədər dünyada gedən siyasi və iqtisadi proseslərin təsiri altında olduğunu deyib. N. Axundova bildirib ki, minilliklərlə Avropanı Asiya ilə birləşdirən Qafqaz regionu həm də xristian və islam sivilizasiyalarının qovuşduğu məkandır: "Bu region vacib strateji platforma olaraq müasir dövrün ziddiyyətlərinin və sarsıntıların mərkəzinə çevrilib. Bu sırada regionda müxtəlif dövlətlərin geosiyasi, iqtisadi maraqlarını və müxtəlif etno-konfessional toqquşmaları misal göstərmək olar”.
Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüMusa Qasımlı"Cənubi Qafqaz 100 il əvvəl və indi: müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edib. Konfrans müxtəlif mövzularda bölmə iclasları ilə davam etdiriləcək.
banner

Oxşar Xəbərlər