• cümə, 26 Aprel, 00:38
  • Baku Bakı 16°C

Qadın deputatı güllələdilər

17.06.16 10:25 1040
Qadın deputatı güllələdilər
Böyük Britaniya Leyboristlər Partiyasından seçilmiş parlament deputatı, 41 yaşlı iki uşaq anası Co Koks qətlə yetirilib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Koks ötən gün Birstall şəhərində hücuma məruz qalıb. Naməlum şəxs qadına azı iki dəfə atəş açıb, sonra isə bıçaqla bir neçə zərbə endirib. Yaralı deputat helikopterlə xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib.
İnsident zamanı həmçinin 77 yaşlı kişi yaralanıb, lakin onun həyatı üçün təhlükə yoxdur.
Hücum şəhər kitabxanasının yaxınlığında, Koksun seçicilərlə görüş keçirdiyi zaman, onlarla şahidin gözü qarşısında törədilib.
Qətli törətməkdə şübhəli bilinən 52 yaşlı kişi Tommi Meyr saxlanılıb.
Qətlin motivləri hələlik bəlli deyil. Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər