• cümə axşamı, 25 aprel, 15:25
  • Baku Bakı 23°C

Qadınların xəyallarını gerçəkləşdirəcək layihə

10.08.18 17:32 982
Qadınların xəyallarını gerçəkləşdirəcək layihə
"Wo Woman in Me” proqramı növbəti layihəsini həyata keçirəcək. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən "WoWoman” qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.22 sentyabrdan 21 oktyabradək davam edəcək "WoWoman in Me” Azərbaycanda qadınlar üçün intensiv liderlik və mentorluq proqramıdır. ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən proqramın məqsədi xanımlara öz arzularını həyata keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdan ibarətdir. Proqram çərçivəsində qadınlara liderlik keyfiyyətləri aşılanacaq, fərdi və peşəkar məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüləcəklər.
Qeyd edək ki, indiyədək bu komanda tərəfindən 125-dən artıq tədbir, təlim və seminarlar keçirilib. Bundan sonra da proqram çərçivəsində məktəblərdə, universitetlərdə, xüsusən də regionlarda müxtəlif mövzularda təlimlər keçiriləcək. "Wo woman” proqramı hazırda Pakistan, Ukrayna, Belarus da daxil olmaqla, bir neçə xarici ölkələrdə fəaliyyət göstərir.
Proqram 10 sessiyadan ibarət olacaq. Proqramda 25 mentor iştirak edəcək. Belə ki, yerli mütəxəssislər iştirakçıların məqsədlərinə çatmaları üçün vaxtlarını və enerjilərini sərf edəcəklər.
Beş moduldan ibarət olan Proqram Harvard, Stanford, MIT Universitetləri, Massachusetts Universiteti, TED konfransları, AIESEC, Arc və s. daxil olmaqla, onlarla konfrans, hadisələr və təlimlərdən ibarət şəxsi təcrübələr əsasında qurulub.
Proqrama tələbələr, yeni karyeraya başlayan gənclər qatıla bilərlər.
Qeyd edək ki, Azərbaycanın bölgələrindən olan 10 qadın üçün Bakıya səyahət xərcləri əhatə olunacaq!
Müraciət üçün son tarix: 13 avqust.
Proqramda iştirak pulsuzdur.
Proqramda iştirak edəcək şəxslər haqqında məlumat avqustun 13-dən sonra veriləcək.
Proqram haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
Hər hansı bir sualınız varsa, Gultan Asgarli +994707082268 ilə əlaqə saxlayın.
banner

Oxşar Xəbərlər