Qadınların xəyallarını gerçəkləşdirəcək layihə
"Wo
Woman in Me” proqramı növbəti layihəsini həyata keçirəcək. ABŞ-ın
Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən "WoWoman” qadınların
inkişafı üçün yaradılan, onların ən qeyri-adi və mümkünsüz görünən arzularını
həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.22 sentyabrdan 21 oktyabradək davam edəcək "WoWoman
in Me” Azərbaycanda qadınlar
üçün intensiv liderlik və mentorluq proqramıdır. ABŞ-ın Azərbaycandakı səfirliyi
tərəfindən dəstəklənən proqramın məqsədi xanımlara öz arzularını həyata
keçirmək üçün lazımi bilikləri əldə etməkdə dəstək olmaqdan ibarətdir. Proqram
çərçivəsində qadınlara liderlik keyfiyyətləri aşılanacaq, fərdi və peşəkar
məqsədlərinə çatmaqda kömək ola biləcək mentorlarla görüşdürüləcəklər.
Qeyd edək ki, indiyədək bu komanda tərəfindən 125-dən artıq tədbir,
təlim və seminarlar keçirilib. Bundan sonra da proqram çərçivəsində
məktəblərdə, universitetlərdə, xüsusən də regionlarda müxtəlif mövzularda
təlimlər keçiriləcək. "Wo woman” proqramı hazırda Pakistan, Ukrayna, Belarus da
daxil olmaqla, bir neçə xarici ölkələrdə fəaliyyət göstərir.
Proqram 10
sessiyadan ibarət olacaq. Proqramda 25 mentor iştirak edəcək. Belə ki, yerli mütəxəssislər
iştirakçıların məqsədlərinə çatmaları üçün vaxtlarını və enerjilərini sərf
edəcəklər.
Beş
moduldan ibarət olan Proqram Harvard, Stanford, MIT Universitetləri,
Massachusetts Universiteti, TED konfransları, AIESEC, Arc və s. daxil olmaqla,
onlarla konfrans, hadisələr və təlimlərdən ibarət şəxsi təcrübələr əsasında
qurulub.
Proqrama
tələbələr, yeni karyeraya başlayan gənclər qatıla bilərlər.
Qeyd
edək ki, Azərbaycanın bölgələrindən olan 10 qadın üçün Bakıya səyahət xərcləri
əhatə olunacaq!
Müraciət
üçün son tarix: 13 avqust.
Proqramda
iştirak pulsuzdur.
Proqramda
iştirak edəcək şəxslər haqqında məlumat avqustun 13-dən sonra veriləcək.
Proqram
haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz:
Hər
hansı bir sualınız varsa, Gultan Asgarli +994707082268 ilə əlaqə saxlayın.