• cümə, 19 Aprel, 23:04
  • Baku Bakı 24°C

Qadınların necə ağladığını gördüm - Qvardiola

17.05.17 14:35 1025
Qadınların necə ağladığını gördüm - Qvardiola
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Pablo Sabaletanın komandanı tərk edəcəyinə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, Sabaleta mövsümün sonunda "Siti”ni azad agent kimi tərk edəcək. Onun karyerasını "Vest Hem”də davam etdirəcəyi bildirilir. Qvardiola qadınların Sabaletanın gedişinə ağladıqlarını vurğulayıb:
"Bu, Pablo və ailəsi üçün fantastik gecə idi. Mən onun bu klub üçün necə dəyərli olduğunu hiss etdim. Televizorda qadınların necə ağladığını gördüm.
O, Yaya Ture, Co Hart, Vensen Kompani, Serxio Aquero kimi, klubun əfsanəsi hesab edilir. O, bura gəldi və klubu xüsusi etdi. Pablo klubla haqq etdiyi şəkildə vidalaşdı”.
Sabaleta "Siti”yə 2008-ci ildə "Espanyol”dan transfer olunub. O, bu mövsüm Premyer Liqada 20 oyun keçirib, 1 qol vurub, 1 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər