AZE | RUS | ENG |

Qadınlara qarşı zorakılığın qarşısının alınması iqtisadi cəhətdən faydalıdır

Qadınlara qarşı zorakılığın qarşısının alınması iqtisadi cəhətdən faydalıdır
Qadınlara qarşı zorakılıq qarşısı alına biləcək fenomendir. Zorakılığın qarşısı alınarsa, onun fəsadlarının aradan qaldırılması üçün sərf edilən vəsait ölkə əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilərsə, bu, həm Azərbaycan hökumətinin, həm də əhalinin böyük uğuru və nailiyyəti olar.
Trend xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev "Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, qadınlara qarşı zorakılıq halları ailədə baş verəndə daha təhlükəli olur: "Bu mövzu yalnız hüquqi müstəvidə həll olunmalı deyil. Zorakılığın ciddi iqtisadi nəticələri var. Zorakılıq qurbanlarına pulsuz səhiyyə, sığınacaqlar təşkil olunur, lakin əksər hallarda bu xidmətlərə sərf olunan vəsait haqqında düşünmürük. Bir qətli bir ailənin faciəsi kimi qəbul edirik, lakin hər bir itirilmiş həyatın ümumi daxili məhsul baxımından iqtisadi ekvivalenti, zorakılıqdan zərər çəkmişlərin müvəqqəti olaraq əmək fəaliyyətini itirməsi, əlilliklə nəticələnən zorakılıq halları və bunun əmək məhsuldarlığına təsiri haqqında məsələlər diqqətdən kənarda qalır. Nəhayət, bu şəxslərin itirilmiş mülkiyyət və gəlirləri, başqa mənzil və ya sığınacaq axtarışına sərf etdiyi vəsait, psixoloji və digər oxşar xidmətlər üçün etdiyi ödəmələr zorakılığın səbəb olduğu iqtisadi fəsadlar sırasındadır".

F.Babayev bildirib ki, bu hallar baş verən zaman zərərçəkmişlərin hüquqların sosial müdafiəsinin təmini hər bir normal cəmiyyətdə prioritet məsələdir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006