• cümə axşamı, 28 mart, 17:49
  • Baku Bakı 16°C

Qadınlar lider olmaq istəyir, amma...

27.07.17 16:30 970
Qadınlar lider olmaq istəyir, amma...

"Elə sahələr var ki, orada qadının bacardıqlarının kişilər edə bilmir. Amma idman sahəsi fərqlidir. Qadın nə qədər güclü idmançı olsa da, yenə də kişilər onlardan iki dəfə güclüdürlər. Ona görə də idmançı qadınlar özlərini sübut etmək üçün daha çox əzmkar olmalıdırlar”.

Bu fikirləri taekvando üzrə dünya və Avropa çempionu, paralimpiyaçı Aynur Məmmədova "Qadınlar necə idarə edir” adlı internet TV proqramında səsləndirib. İnkişafa Doğru İnteqrasiya İB-nin icra etdiyi layihə çərçivəsində hazırlanan proqram AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə təqdim olunur. A.Məmmədova deyib ki, hazırda onun özü əlilliyi olan uşaq və gənc qızlarda idmana maraq oyatmaq məqsidlə müxətli layihələr həyata keçirir.

Proqramda idarəetmədə, qərar qəbul edilməsində qadın maraqlarının qorunması, qadın iştirakçılığının artırılması istiqamətində görülməsi zəruri olan addımlardan söz açılıb. Layihənin məqsədi respublikada qadın problemlərinin həlli sahəsində görülən işlər, qadınların cəmiyyətdə yeri və rolu, əldə etdikləri nailiyyətlər, dövlətin qadınlarla bağlı siyasətinin əsas istiqamətləri barədə ictimaiyyətə məlumat verməkdən ibarətdir.

"Qadınlar necə idarə edir” proqramında Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Məmmədova, hərbçi jurnalist Roza Əliqızı, Bakixanov bələdiyyəsində şpbə müdiri Əntiqə Məmmədova, Etika Akademiyasının rəhbəri Günel İbrahim və digərləri qonaq olublar.

Verilişlərdə belə bir fikir səslənib ki, Avropada idarətmədə qadınların sayı 50 faizdən artıq olduğuna görə Avropada müharibələr getmir. Azərbaycanda da idarəetmədə qadınların sayı çoxdur. Və indinin özündə də lider olmaq istəyən qadınlar çoxdur. Amma onlara kişilər tərəfindən maneələr olur.

Proqramdakı qnaqlar bildiriblər ki, araşdırmalara görə həqiqətən qadınlarda intuisiya və analitik qabiliyyət güclüdür. Ona görə də ixtiraçılar arasında qadınların sayı çoxdur. Keyfiyyətli düşüncə tərzi əsasən qadınlara aiddir. Lakin Azərbaycanda qadınlar çox hallarda öz hüquqlarını bilmirlər. Bəzi ailələrdə qızları oxutdurmağa, təhsil verməyə lüzum görmürlər. Birmənalı olaraq bildirilib ki, əgər XXI əsrdə hələ də belə problemlər yaşayırıqsa, deməli, bu sahədə maarifləndirməni gücləndirmək lazımdır.

banner

Oxşar Xəbərlər