• cümə, 26 Aprel, 16:40
  • Baku Bakı 23°C

Qadınlar dövlətimizin dayağıdır

08.10.14 18:52 1219
Qadınlar dövlətimizin dayağıdır
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının və YAP Gəncə şəhər Təşkilatının birgə keçirdiyi müşavirədə YAP İdarə Heyətinin üzvü, Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Partiyanın Qərb regionu üzrə şəhər və rayon təşkilatları qadınlar şuralarının sədrləri iştirak ediblər.
YAP Gəncə şəhər Təşkilatından “Kaspi”yə bildirilib ki, tədbiri giriş sözü ilə N.Həmzəyev açaraq, memarı ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının qazandığı uğur və nailiyyətlərdən, Partiyanın Sədri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin dünya miqyasında nüfuzunun gündən-günə artmasından, qüdrətlənməsindən və güclənməsindən söhbət açıb. Azərbaycanın ən fəal ziyalı qadınlarının bu partiyanın sıralarında birləşdiyini, ölkəmizin inkişafında onların dəyərli xidmətləri olduğunu, dövlətçiliyimizin qorunmasında,Vətənimiz üçün vətənpərvər, ləyaqətli vətəndaşlar yetişidirilməsində fədakarlıq, mətanət nümayiş etdirdiklərini diqqətə çatdırıb. Qədim Gəncənin sosial-iqtisadi və ictimai-siyasi həyatında şəhərimizin mübariz qadınlarının da böyük əməyi olduğunu, ölkədə keçirilən bütün seçkilərdə yüksək səviyyədə iştirak etdiklərini, qarşıdan gələn bələdiyyə seçkilərində də gəncəli qadınların öz ənənələrinə sadiq qalacaqlarına, bu seçkiləri də qələbə ilə başa vuracaqlarına əminliyini bildirib.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bu günlərdə Bakıda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının toplantısının keçirildiyini, bu toplantıda aktual və mühüm məsələlərin müzakirə olunduğunu söyləyib. Bildirib ki, toplantıda YAP Qadınlar Şurasının fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib, bələdiyyə seçkiləri ərəfəsində qadınların fəallığının artırılması, seçkilərlə əlaqədar bölgələrdə görüşlərin keçirilməsi və digər məsələlər müzakirə olunub. Azərbaycanda uğurlu dövlət qadın siyasətinin həyata keçirildiyini deyən Nurlana Əliyeva vurğulayıb ki, ölkə rəhbərliyinin müdrik siyasətinin nəticəsidir ki, ölkəmizin nüfuzlu, ziyalı qadınları, eləcə də, cəmiyyətin digər təbəqələrini təmsil edən xanımlar YAP-ın sıralarında cəmləşiblər. Hazırda YAP üzvlərinin 40 faizdən çoxu qadınlardır. Bu ilin ötən dövründə də partiya sıralarına qoşulanlar arasında qadınlar və gənclər üstünlük təşkil edir.
Gəncə tarixən mübarizələr beşiyi, qəhrəman övladların, müdrik sənətkarların yurdudur. Gəncəlilər hər zaman dövlətçiliyə, Vətənə, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqdirlər. Bu toplantının Qərb regionunda qədim mədəniyyət və elm mərkəzi kimi tanınan Şeyx Nizami yurdunda keçirilməsi də təsadüfü deyildir. İnanırıq ki, Gəncənin cəsarətli və mübariz qadınları qarşıdan gələn bələdiyyə seçkilərində öz sözlərini deyəcək, ən fəal qadınların bu qurumda təmsil olunmalarına çalışacaqlar.
YAP Siyasi Şurasının üzvü, millət vəkili, YAP Nəsimi rayon Təşkilatının sədri Məlahət İbrahim qızı YAP-ın cəmiyyət həyatındakı mövqeyindən, həyata keçirilən layihələrdən, o cümlədən YAP Qadınlar Şurasının fəaliyyətindən geniş bəhs edib. Qeyd edib ki, ölkəmizin inkişafı prosesində YAP-ı təmsil edən qadınlar da fəal iştirak edir. O, bu gün Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, YAP-ın sədr müavini Mehriban xanım Əliyevanın uğurlu və səmərəli fəaliyyətinin nəinki ölkəmizin, eləcə də dünya qadınları üçün örnək olduğunu bildirib və qarşıdan gələn bələdiyyə seçkilərində qadınları fəal iştirak etməyə çağırıb.
Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Sevda Qurbanəliyeva, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Göygöl YAP Qadınlar Şurasının sədri Nuranə Quliyeva və başqaları Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişaf etdiyini və bu inkişaf siyasətinin ölkə ictimaiyyəti, xüsusilə yer üzündə əmin-amanlığın, sabitliyin, sülhün və azadlığın carçıları olan, ana-qadınlar tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıblar.
Kaspi.az
banner

Oxşar Xəbərlər