AZE | RUS | ENG |

Qadını qətlə yetirib yandıran şəxs ömürlük iş aldı

Qadını qətlə yetirib yandıran şəxs ömürlük iş aldı
Natiq Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini etiraf edib


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisoltan Osmanovun sədrliyi ilə paytaxtda ağır qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi yekunlaşıb. Məhkəmə qarşısında Natiq Hümbətov cavab verib. N.Hümbətov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə ittiham edilir.
İttihama görə, hadisə ötən il fevralın 17-də saat 19.00 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Həmin gün rayon sakini 74 yaşlı Elmira İsmayılova çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülüb və mənzilin mətbəxi yandırılıb.
Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Hümbətov müəyyən edilərək tutulub.
Cinayət işi üzrə ifadə verən Natiq Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini deyib. O daha sonra qeyd edib ki, Elmira İsmayılovanı qətlə yetirdikdən sonra cinayətin izlərini itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırıb. Onu da əlavə edək ki, Natiq Hümbətov qadını qətlə yetirəndən sonra evdən xeyli miqdarda qızıl və pul oğurlayıb.
Məhkəmənin hökmü ilə Natiq Hümbətov ömürlük azadlıqdan məhrum edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2392
TRY 1 Türk lirəsi 0.2754
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1930
EUR 1 Avro 1.9996
CHF 1 İsveçrə frankı 1.7623
USD 1 ABŞ dolları 1.7000