• şənbə, 20 Aprel, 09:51
  • Baku Bakı 14°C

Qadını öldürüb anasına xəsarət yetirən şəxsə cinayət işi açılıb

05.09.20 15:45 641
Qadını öldürüb anasına xəsarət yetirən şəxsə cinayət işi açılıb
Sentyabrın 4-üsaat 22 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan Mehriban Cabbarovanın bıçaqlanaraq öldürülməsi, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər