• cümə, 19 Aprel, 22:12
  • Baku Bakı 24°C

Qadına qarşı zorakılıq edilməsi barədə yayılan iddialar əsassızdır

15.08.20 18:44 788
Qadına qarşı zorakılıq edilməsi barədə yayılan iddialar əsassızdır
Sosial şəbəkələrdə Nizami rayonu ərazisində, Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər hansı cinayət xarakterli hadisə qeydə alınmayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Qara Qarayev prospektində yaşayan qadına qarşı zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.
banner

Oxşar Xəbərlər