• çərşənbə axşamı, 23 aprel, 19:59
  • Baku Bakı 20°C

Qadın voleybolçuların Avropa çempionatında ikinci günün yekunları

24.09.17 09:20 1220
Qadın voleybolçuların Avropa çempionatında ikinci günün yekunları
Sentyabrın 23-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
AZƏRTACxəbər verir ki, Bakıda Milli Gimnastika Arenasında günün ilk oyunları "C” qrupunda yer alan komandalar arasında keçirilib. Bolqarıstan voleybolçuları Ukrayna millisini 3:2, Rusiya komandası isə Türkiyə yığmasını 3:1 hesabı ilə məğlub edib.
"A” qrupunda keçirilən oyunda polşalı voleybolçular Macarıstan təmsilçilərindən üstün olublar – 3:1.
"B” qrupu çərçivəsində Tbilisidə Yeni İdman Sarayında keçirilən qarşılaşmalarda Xorvatiya yığması Gürcüstana, İtaliya millisi isə Belarusa qalib gəlib. Hər iki oyunda 3:1 hesabı qeydə alınıb.
"D” qrupunun oyunları Göygöl Olimpiya İdman Kompleksində keçirilib. Çexiya-Belçika oyunu 3:1, Serbiya-Hollandiya oyunu isə 3:0 hesabı ilə başa çatıb.
Sentyabrın 24-də çempionatın qrup mərhələsində aşağıdakı görüşlər oynanılacaq:
"A” qrupu: Azərbaycan-Polşa, Almaniya-Macarıstan;
"B” qrupu: Gürcüstan-Belarus, Xorvatiya-İtaliya;
"C” qrupu: Bolqarıstan-Türkiyə;
"D” qrupu: Belçika-Serbiya, Çexiya-Hollandiya.
banner

Oxşar Xəbərlər