AZE | RUS | ENG |

Qadın sahibkarların forumu keçiriləcək

Qadın sahibkarların forumu keçiriləcək
Rusiyanın Həştərxan vilayətində "Həştərxan-Azərbaycan: qadın sahibkarlığı forumu” keçiriləcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 22-24-də keçiriləcək tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Universitetlərə Hazırlıq Mərkəzinin (University Foundation Center) təsisçisi Reyhan Hüseynova və başqaları iştirak edəcəklər.

Rusiya tərəfindən Dövlət Dumasının deputatı Oksana Puşkina, Strateji Təşəbbüslər Agentliyinin rəgbəri Svetlana Çupşeva, BMT-nin sənaye inkişafı üzrə xoşməramlı səfiri Veronika Peşkova, "Delovaya Rossiya” İctimai Təşkilarının vitse-prezidenti Tatyana Mineyeva və başqalarının tədbirə qatılacağı gözlənilir.

Forum çərçivəsində "Qadın sahibkarlar əməkdaşlığın genişlənməsi və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda ekspert sessiyası, bizness-sessiyalarda və sərgilərdə iştirak edəcəklər.

Tədbir Həştərxan İşgüzar Qadınlar Assosiasiyası və Həştərxan vilayəti hökuməti tərəfindən təşkil olunacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN