• cümə, 29 Mart, 19:14
  • Baku Bakı 14°C

Qadın məhkəmə qarşısında özünü yandırmaq istədi

25.07.13 16:44 1200
Qadın məhkəmə qarşısında özünü yandırmaq istədi
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Çimnaz Hacıyeva Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibatı binasının qarşısında üzərinə neft tökərək özünü yandırmaq istəyib. Ətrafdakı şəxslərin səyi nəticəsində qadının əlindən kibriti almaq mümkün olub. Nizami rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar.
Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ç. Hacıyevanın qızı Bəsti Məmmədova bir neçə ay öncə Şəmkir rayonunda əri tərəfindən qətlə yetirilib. Şəmkir rayon Prokurorluğunda açılan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində göndərilib. Dövlət ittihamçısı Məhkəmə gəlmədiyi üçün proses təxirə salınıb. 54 yaşlı Çimnaz Hacıyeva da məhkəmə prosesinin təxirə salınmasına etiraz edərək özünü yandırmaq istəyib.
banner

Oxşar Xəbərlər