• cümə, 19 Aprel, 11:07
  • Baku Bakı 13°C

Qadın həndbolçularımız ilk oyun keçiriblər

16.09.18 09:00 729
Qadın həndbolçularımız ilk oyun keçiriblər
Azərbaycanın qadın həndbolçulardan ibarət "Azərsu” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışlarda ilk oyununu keçirib.
AZƏRTACEHF-in rəsmi saytına istinadla xəbər verir ki, təmsilçilərimiz turnirin birinci təsnifat mərhələsində Polşanın "Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşıb. "Hala Vidoviskovo Sportova” arenasında keçirilən matç meydan sahiblərinin 27:21 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmanı ukraynalı hakimlər Anatoli Novikov və Valeri Rozkov idarə ediblər. EHF nümayəndəsi isə belaruslu Siarhei Kot olub.
Komandalar arasında cavab qarşılaşması sentyabrın 16-da, əvvəlcədən razılaşdırıldığı kimi, Polşada keçiriləcək.
banner

Oxşar Xəbərlər