• çərşənbə axşamı, 16 aprel, 18:48
  • Baku Bakı 18°C

Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi

27.06.19 11:51 721
Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi
Bu gün "Minsk 2019” II Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Trend-in məlumatına görə, Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Həmçinin, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar. 65 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev Bakı vaxtı ilə saat 19:50 radələrində Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq. 97 kq çəki dərəcəsində isə Nurməhəmməd Hacıyev Rusiya təmsilçisi Abdulraşid Sadullayevlə güləşəcək. Bu mübarizənin isə saat 20:40 radələrində olacağı bildirilir.
Bu gün Azərbaycan idmançıları stend atıcılığı, badminton, idman gimnastikası, eləcə də avarçəkmə yarışlarında da iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan İkinci Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada yer alır.
banner

Oxşar Xəbərlər