• cümə, 19 Aprel, 01:43
  • Baku Bakı 18°C

“Qadın əlyazması festivalı”

12.03.18 13:45 1008
“Qadın əlyazması festivalı”
İsveçin Türkiyədəki diplomatik nümayəndəliyi, Mimar Sinan İncəsənət Universiteti qadın əl işləri araşdırmaları və tətbiqi mərkəzi, Qadın Əsərləri kitabxanası və məlumat vəqfinin təşkilatçılığı və maliyyə dəstəyi ilə cari ilin mart ayının 9-18-ində Türkiyədə ilk dəfə "Qadın əlyazması festivalı” keçirilir. Bunun üçün İstanbulun dörd ayrı konfrans mərkəzində yer ayrılıb. Festivalın doqquz günlük proqramında 10 panel, 6 müəlliflə görüşü, 3 dəyirmi masa, 3 forum, 4 yazı atelyesi, 2 teatr tamaşası və 1 sərgi yer alıb. Festivala Türkiyə və İsveçdən 100-ə yaxın rəsmi dəvətli qatılıb. Yazı atelyelərində cəmi 20 nəfər iştirak edə bilər. Buna görə də, təşkilati heyət əvvəlcədən qeydiyyat şöbəsi yaradıb. Əlavə məlumat üçün festivalın rəsmi səhifəsinə müraciət edə bilərsiniz – "www.kadinyazisi.com”.
banner

Oxşar Xəbərlər