• cümə, 29 Mart, 18:19
  • Baku Bakı 14°C

Qadın avto-təlimindən reportaj – REPORTAJ - FOTOLARLA

05.12.16 12:03 6297
Qadın avto-təlimindən reportaj – REPORTAJ - FOTOLARLA
"Dayanmadan azca qaza bas. Solu yandır. Güzgüyə bax. Qəflətən birinci zolağa girmə, yavaş-yavaş soldan ikinciyə gir. Afərin. Dön. Tələsmə... Elə hesab et ki, əyləc yağdır, ayağını qəflətən atsan, yağ, üzərinə sıçrayacaq, ona görə də yavaş-yavaş bas...”

Avto-təlimdəyik. Adət etdiyimizdən fərqli olaraq, maşın sürmək sevdasında olanlar xanımlardır. Təlimçi isə 10 ildir xanımlara avtomobil idarə etməyi öyrədən STEP sürücülük kursunun rəhbəri və müəllimi Sahil Quliyevdir.

Qadınların 90 faizi nəzəriyyə imtahanından birinci dəfədən keçir

İndiyədək mindən çox xanıma maşın sürməyin sirlərini öyrədən müsahibimizdən əvvəlcə kişilərin götürmə qbiliyyəti ilə qadınlarınkı arasında fərqin nədə olduğunu soruşduq. Tələbələrinin 01-0,2 faizinin kişilər olduğunu deyən S.Quliyev yalnız tanışlar xahiş edəndə, kişiləri öyrətməyi boynuna götürür. Çünki əvvəlcədən kursu yaratmaq məqsədi qadınlara maşın sürməyi öyrətmək olub: "Nəzəriyyə dərslərini kişilər daha yaxşı başa düşürlər. Xanımlarda ilk üç dərs adaptasiya gedir. Bu müddət ərzində onlar da, mən də əziyyət çəkirik. Kişilərlə isə ilk dərslər çox rahat keçir. Amma nəticəyə gəlincə, xanımların 90 faizi sürücülük vəsiqəsi almaq üçün ilk imtahandan keçirlər, kişilər isə bu baxımdan geri qalırlar. Belə ki, kişilərin cəmi 30 faizi ilk dəfədən imtahanı keçə bilir. Bilmirəm, kişilərdə həyəcanmı olur, yoxsa kişi olduqlarına görə üzərilərinə daha çox məsuliyyətmi düşür, fikirləşirlər ki, kəsilsələr, yaxşı qəbul olunmayacaq və s. Ola bilsin ki, bunlar kişilərə həyəcan verir”.

banner

Oxşar Xəbərlər