• çərşənbə axşamı, 16 aprel, 14:08
  • Baku Bakı 19°C

Qaçırılmış qız döyüldü, ərini bıçaqladı

19.06.13 11:28 1431
Qaçırılmış qız döyüldü, ərini bıçaqladı
Ötən gün axşam saat 10:00 radələrində Bakının Binəqədi rayonunda gənc qadın ərini bıçaqlayıb. Rayon Polis İdarəsinin 6-cı polis bölməsindən Anspress-ə verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində yaşayan ailədə baş verib.
Belə ki, 17 yaşlı Xədicə Fərman qızı Hüseynova əri 21 yaşlı Aydın Alışovu bıçaqlayıb. Qadın ərini qarnından vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
İşi araşdıran müstəntiq Firdovsi Nəsirovun verdiyi məlumata görə, qadın ərini özünü müdafiə üçün bıçaqlayıb. Belə ki, Aydın Alışov 6 ay bundan əvvəl 17 yaşlı Xədicəni qaçırıb. Lakin gənc oğlanın ailəsi qadını qəbul etməyib. Oğlan da məcbur olub, mənzil kirayə edərək qızı oraya aparıb. Bir müddətdən sonra onların arasında mübahisə yaranıb. Sonradan onların arasındakı mübahisə daha da qızışıb. Oğlan qızı dəfələrlə döyüb, təhqir edib.
Bir neçə gün əvvəl isə məlum olub ki, Xədicə 2 aylıq hamilədir. O, bu xəbəri oğlana deyib. Aydın isə bundan sevinmək əvəzinə qadına qarşı daha da pis münasibət göstərib.
Ötən gün isə Aydın Xədicəni yenə döyüb, həm özünü, həm də valideynlərii təhqir edib. Xədicə isə özünü qorumaq məqsədilə bıçağa əl atıb və gənc ərinin qarnına zərbə endirib.
Hazırda qadının yetkinlik yaşına çatmamasını, onun dəfələrlə təhqir və təzyiqlərə məruz qalmasını, cinayəti törədərkən psixi durumunun yerində olmamasını, özünü müdafiə məqsədilə cinayət törətməsini və hamilə olmasını nəzərə alaraq, Xədicə Hüseynova cinayət məsuliyyətinə cəlb olunmayıb.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər