• cümə, 19 Aprel, 21:06
  • Baku Bakı 24°C

Pyotr Poroşenko əmr imzalayıb

19.05.18 18:00 556
Pyotr Poroşenko əmr imzalayıb
Ukrayna prezidentiPyotr Poroşenkoukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyindən (MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzaladığını bəyan edib.
APA -nın xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Bu gün mən Ukrayna münayəndə heyətinin MDB-nin bütün səlahiyyətli orqanlarından geri çağrılması barədə müvafiq əmr imzalamışam. Avropa istiqamətində addımladığımızdan bizim bu orada təmsil olunmağımızın mənası yoxdur", - deyə P.Poroşenko vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl P.Poroşenko ölkəsininMDB-nin əlaqələndirici qurumlarda iştirakını dayandıracağı ilə bağlı açıqlama verib. "BuMDB-dən çıxmaq anlamına gəlmir, çünki, Ukrayna heç vaxt bu quruma daxil oilmayıb", - deyə P.Poroşenko vurğulayıb.
Xatırladaq ki, aprelin 12-də P.Poroşenko hökumətə UkraynanınMDB-dən rəsmi şəkildə çıxması ilə bağlı sənəd hazırlamağı və bununla bağlı prosedura başlanılması barədə tapşırıq verib. Öz növbəsində aprelin 23-dəMDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, Ukrayna hələlikMDB-dən çıxacağı ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etməyib.
Qeyd edək ki, Ukrayna 1991-ci ilin dekabrındaMDB-nin təsis edilməsi ilə bağlı müqaviləni ratifikasiya etsə də təşkilatın nizamnaməsini təsdiqləmədiyindən de-yureMDBüzvü sayılmırdı.
banner

Oxşar Xəbərlər