• çərşənbə, 24 Aprel, 05:40
  • Baku Bakı 14°C

Puyol “Barselona”ya dönür

02.08.19 12:36 9262
Puyol “Barselona”ya dönür
Karlos Puyol yenidən "Barselona”ya qayıda bilər.
Kaspi.az xəbər verir ki, klub rəhbərliyi Puyola idman direktoru vəzifəsini təklif edib. 41 yaşlı futbolçu bu təklifə hələ cavab verməyib. O, fikirləşmək üçün vaxt istəyib.
"Barsa”da idman direktoru vəzifəsi Xosep Sequra ilə müqavilə ləğv edildikdən sonra vakantdır. Puyol bütün peşəkar karyerası ərzində "Barselona”da çıxış edib.
O, bu komandanın heyətində 3 dəfə Çempionlar Liqasının qalibi olub.
banner

Oxşar Xəbərlər