• cümə, 19 Aprel, 02:29
  • Baku Bakı 18°C

Putinlə Ərdoğan Krım problemini müzakirə ediblər

18.04.14 09:04 935
Putinlə Ərdoğan Krım problemini müzakirə ediblər
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında bildirilir.
“Aprelin 17-də Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. Tərəflər Krımın Rusiyaya birləşdirilməsi və Krım-tatar icması ilə bağlı məsələləri müzakirə ediblər”, deyə açıqlamada deyilir.
Həmçinin, Putin və Ərdoğan arasında, enerji sahəsində əməkdaşlıq da daxil olmaqla, Rusiya-Türkiyə əlaqələri ətrafında fikir mübadiləsi olub. Rusiya prezidenti Ukraynadakı böhrana dair öz fikrini də bildirib./apa/
banner

Oxşar Xəbərlər