Putinin Türkiyə səfərinin vaxtı və məqsədi açıqlanıb
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin vaxtı və məqsədi açıqlanıb.
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu V. Putinin Türkiyəyə oktyabrın 11-də səfər edəcəyini açıqlayıb.
Səfərin məqsədi Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etməkdir.