• cümə, 29 Mart, 18:59
  • Baku Bakı 14°C

Putinin sözçüsü onların sərt cəzalanmasını istəyir

04.12.18 11:30 622
Putinin sözçüsü onların sərt cəzalanmasını istəyir
Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov xuliqanlıq etdikləri üçün həbs edilən futbolçular – Aleksandr Kokorinlə Pavel Mamayev barədə danışıb.
Kaspi.az xəbər verir ki, Peskov futbolçuların bağışlanmasının tərəfdarı olmadığını deyib. O, etdikləri hərəkətə görə, futbolçuların sərt cəzalanmalı olduğunu vurğulayıb:
"Siz deyirsiniz ki, onların qayıdıb futbol oynaması daha yaxşı olardı? Mən isə deyirəm ki, onlar ən sərt şəkildə cəzalanmalıdırlar. Yəqin ki, onların döydükləri şəxslər də belə düşünürlər.
Onların istedadlı futbolçu olub-olmamağı heç bir əhəmiyyət kəsb etmir. Burda söhbət cinayət hadisəsindən gedir. Məhkəmə hər şeyi araşdırıb, ədalətli qərar verəcək”.
Qeyd edək ki, "Zenit”in futbolçusu Aleksandr Kokorinlə "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev bir neçə şəxsə qarşı xuliqanlıq hərəkətləri etdikləri üçün həbs olunublar. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər