• şənbə, 20 Aprel, 12:54
  • Baku Bakı 23°C

Putinin reytinqi artır

16.01.18 09:00 582
Putinin reytinqi artır
İspaniyanın "El Pais” qəzeti yazır ki, Krımın işğalı ona gətirib çıxarıb ki, əhalinin 80 faizi prezident Vladimir Putinin fəaliyyətini yüksək və yaxşı qiymətləndirir. Qəzet yazır ki, elə prezident seçkilərinin də 2018-ci il martın 18-ə təyin edilməsi təsadüfi deyil. Ruslar üçün bu tarix simvolikdir. Məhz həmin gün, dörd il bundan əvvəl Rusiya hakimiyyət orqanları Krımı Rusiyanın tərkibinə daxil ediblər. Rusiya Siyasi Müşavirlər Assosiasiyasının vitse-prezidenti İqor Mintusov hesab edir ki, "Krım Putinə səs vermək üçün ən güclü arqument hesab edilir. Lakin ola bilsin bu əsas motiv olmasın. Eyforiya artıq gedir”, - deyə İ.Mintusov bildirib. Onun sözlərinə görə, Putin Krımın işğalından sonra rusların gözündə güclü siyasətçi, dövlət maraqlarına hörmət edən bir liderdir. Onun qənaətincə, Pitin ruslarda onların maraqlarının müdafiəçisi, qüdrətli xalq ideyasını gücləndirib. Krımın işğalı da bu istəyi pik həddə yüksəltmiş olub. Onlar hesab edir ki, Krımı tutmaqla tarixi ədalət bərpa olundu. Yeri gəlmişkən, prezidentliyə namizəd digər iki şəxs liberal-demokratların lideri Qriqori Yavlinski və teleaparıcı Kseniya Sobçak bu işğala qarşıdırlar. Qəzet yazır ki, bu o deməkdir ki, onlar minimum 60 faiz elektoratdan məhrum olmuş olurlar. Mintiusov qəzetə açıqlamasında bildirir ki, prezident seçkiləri kampaniyasında hakimiyyət cəmiyyəti öz ətrafında tək bir Krım məsələsinə görə cəmləşdirə bilər.
Ən maraqlısı odur ki, rusların çoxu ölkədəki iqtisadi vəziyyətin pisləşməsinin heç də Krımın işğalından sonra baş verdiyi qənaətində deyil. Onların qənaətincə, həyat şəraitinin pisləşməsi neftin qiymətinin aşağı düşməsi və antirusiya sanksiyaları ilə bağlıdır. Krımın Putinin seçkiqabağı kampaniyasında rolu prezidentin seçki qərargahının mətbuat xidmətinin rəhbəri, siyasi icmalçı Andrey Kondraşovun təyinatında da görmək olar. Bu şəxs Krımla bağlı bir sıra filmlərin, o cümlədən "Krım-Vətənə yol” sənədli filminin müəllifidir. Rusiya prezidenti həmin sənədli filmdə bildirib ki, Qərb ölkələri Krımın işğalına qarşı çıxsaydılar və silahlı qarşıdurması baş versəydi, onda nüvə silahının tətbiqini həyata keçirəcəkdi. O, əlavə edib ki, Krım işğalı zamanı Baş Kəşfiyyat İdarəsi, dəniz piyadalıları, yaxından iştirak edib. Onlar Simferepolda yerli parlamentin ələ keçirilməsində xüsusi rol oynayıblar. Bu qüvvələr 20 minlik Ukrayna hərbçilərini zərərsizləşdirməkdə aktiv iştirak ediblər. Hazırda Krımda təqribən 2 milyona yaxın insan yaşayır. İşğaldan sonra pasport alan Rusiya vətəndaşları (o cümlədən yeni krımlılar) 2018-ci il martında keçiriləcək seçkilərdə iştirak edə biləcəklər. Krımlıların böyük əksəriyyəti Putini dəstəkləsələr də, yerli məmurlardan narazıdırlar. Krım Rusiyanın digər vilayətlərinin arzu və həsrətində olduğu subsidiya alır. Lakin bu vəsait məmurların şəxsi mənfəətlərinə gedir. Məsələn, Kerçensk boğazı üzərində körpünün tikintisini Putinin yaxın dostu həyata keçirir. Başqa bir məsələ ondadır ki, yeni hakimiyyət orqanları Ukrayna dövlətinə məxsus müəssisələri milliləşdiriblər. Lakin "milliləşmə”yə yüzlərlə özəl müəssisə, mehmanxana, restoran və yanacaqdoldurma müəssisələri də məruz qalıb. Özü də "milliləşmə” hətta Rusiya qanunlarına da uyğun həyata keçirilməyib. Heç bir məhkəmə qərarı olmadan insanların əlindən obyektləri alınıb.
Qərb mediası Krımla bağlı başqa bir maraqlı xəbər də yayıb. Belə ki, bölgənin prokuroru krımlı fəalVladimir Baluka beş il bir ay həbs cəzası istəyib. O, silah və partlayıcı saxlamaqda ittiham olunur.
Yanvarın 15-də məhkəmədə son sözünü deyən Baluk bir daha günahsız olduğunu dilə gətirib, Rusiyaya müraciətlə bu hökmün onu "qondarma yeni vətənini sevməyə heç vaxt məcbur edə bilməyəcəyini” deyib.
Fəal özünə qarşı ittihamları siyasi motivli adlandırıb. Rəsmi Kiyev və insan haqları qrupları Rusiyanın Krımı tutmasıyla barışmayan yerli əhaliyə qarşı ayrıca kampaniya aparıldığını bildirir. "Bu gün azad olmaq hüququ uğrunda vuruşanların analarının göz yaşları Krım əhalisini təqib edənləri kabus kimi izləyəcək. Amma heç nəyə baxmayaraq, qələbə bizim olacaq. Ukraynaya eşq olsun!”- deyə Baluk bildirib. Hökm yanvarın 16-da elan olunacaq. Avqustda Rozdolne rayon məhkəməsi Baluku 3 il yeddi aylıq cəzaya məhkum edib. Amma apelyasiya məhkəməsi hökmü ləğv edib və işi əlavə araşdırmaya göndərib, Baluk ev dustağına çevrilib. Baluk Krımda Rusiya tərəfindən mühakimə olunmuş onlarla krımlıdan biridir. İnsan haqları qrupları Moskvanın bu yolla narazıları susdurmağa çalışdığını deyirlər. Rusiyanın Krımı ilhaqına qarşı çıxan krımlılar ayrı-seçkiliklə üzləşdiklərini deyirlər.
Azər
banner

Oxşar Xəbərlər