• cümə axşamı, 28 mart, 12:54
  • Baku Bakı 16°C

Putinin qızı deportasiya olunur?

24.07.14 08:24 998
Putinin qızı deportasiya olunur?
Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin Ukrayna səmasında rusiyapərəst qüvvələr tərəfindən vurulması nəticəsində 190 Hollandiya vətəndaşının həlak olması bu Avropa ölkəsində kəskin hiddət hissi doğurub.
APA TV-nin məlumatına görə, Hollandiyada Rusiyaya münasibət kəskin dəyişib. Hollandiya şəhərlərindən birinin meri isə daha da irəli gedərək Rusiya prezidenti Vladimir Putinin qızını Hollandiyadan qovmağa çağırıb.
“The Guardian”a qəzetinin yazdığına görə, söhbət Mariya Putinadan gedir. Nəşrin yazdığına görə, deportasiya olunması tələb edilən Mariya Putina Hollandiya tələbəsi olan sevgilisi ilə Vorsxoten şəhərində yaşayır.
Putinin qızını ölkədən qovmaq tələbi ilə isə Hilversum şəhərinin meri Piter Broertes çıxış edib. Mer bu tələbini iyulun 23-də “Radio 1” radiostansiyasına müsahibəsi zamanı dilə gətirib.
banner

Oxşar Xəbərlər