• cümə, 29 Mart, 01:51
  • Baku Bakı 7°C

Putinin boşanması xəbəri rəsmiləşdi

02.04.14 09:56 1004
Putinin boşanması xəbəri rəsmiləşdi
Keçən ildən boşanma xəbərləri yayılan Putinin boşanması rəsmən təsdiqləndi.
Anspress-in məlumatına görə, Rusiya Federasiyasının rəsmi saytında "Rusiya prezidentlərinin bioqrafiyası" bölümündə dəyişikliklər edilib. Dəyişikliklərdən sonra Vladimir Putinin həyat yoldaşı Lyudmila haqqında məlumatlar yığışdırılıb.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskov buna belə aydınlıq gətirib: "Bu o deməkdir ki, boşanma baş tutub".
İndi Kremlin saytındakı Vladimir Putinin bioqrafiyasında yalnız qızları Mariya və Katerina haqqında məlumat qeyd edilib.
Rusiya dövlətinin bütün yüksək çinli məmurları, eləcə də RF-in prezidenti 1 aprelə qədər gəlirləri və ailə üzvlərinin sayı barədə deklarasiya təqdim edirlər. Dərc olunması vacib olan bu sənədlərdə dövlət məmurlarının şəxsi əmlakları və gəlirləri yenidən hesablanır.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina ötən ilin iyun ayının əvvəllərində boşandıqlarını rəsmən təsdiqləyiblər. Onlar barələrində yayılan şayiələrdən sonra birlikdə Kreml sarayında "Esmeralda” baletinə tamaşa bitdikdən sonra "Rossiya 24” telekanalına müsahibə veriblər. Boşanma ilə bağlı suala Lyudmila belə cavab verib: "Bəli, demək olar ki, bu, sivil boşanmadır”.
Vladimir Putin isə deyib ki, boşanma qərarını Lyudmila Putina ilə birgə qəbul ediblər.
banner

Oxşar Xəbərlər