• şənbə, 20 Aprel, 09:01
  • Baku Bakı 14°C

Putinin Azərbaycana səfərinin vaxtı açıqlandı

10.09.18 13:10 493
Putinin Azərbaycana səfərinin vaxtı açıqlandı
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib.

L.Kalaşnikov bildirib ki, Rusiya liderinin işgüzar səfəri zamanı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfəri çərçivəsində toxunulan məsələlərin müzakirəsinin davam etdirilməsi planlaşdırılır.

O qeyd edib ki, Azərbaycan və Rusiya münasibətlərinin hələ inkişaf edəcəyi sahələr var.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 1-də Soçiyə səfər etmiş, V.Putinlə görüş keçirmişdi. Səfər çərçivəsində iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalanıb.
banner

Oxşar Xəbərlər