• cümə, 19 Aprel, 02:54
  • Baku Bakı 18°C

Putin özündən əvvəlki rəhbərləri ittiham etdi

20.06.13 11:37 1402
Putin özündən əvvəlki rəhbərləri ittiham etdi
“SSRİ-nin orta mənzilli raket sistemindən imtina etməsi ilə bağlı qərarı anlaşılmazdır. Sovet İttifaqının niyə bu raketlərdən imtina etməsi aydın deyil”. Modern.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimit Putin hərbi sənaye kompleksinin rəhbərləri ilə keçirdiyi müşavirədə səslənidirib. O qeyd edib ki. SSRİ və onun arxasınca Rusiya Federasiyası ABŞ-la müvafiq saziş imzalayaraq orta mənzilli raket sistemindən imtina edib.
“İndi aydın deyil ki, SSRİ bunu niyə edib? Hesab ediblər ki, amerikalılar üçün bu sistem aktual deyil və onu tətbiq etməyə yer yoxdur? Bu məsələ anlaşılmazıdr”-deyə Putin vurğulayıb.
“SSRİ üçün, bugünkü Rusiya üçün də bu qərar ən azından mübahisəli saymaq olar. Amma qərar qəbul edilib və biz sadəcə bu günün realığından çıxış etməliyik”-deyən Putin bildirib ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemini genişləndirməkdə olduğunu yaxşı bilirlər.
“Biz görürük ki, dünyada nüvə sistemindən kənar hədəfi yüksək dəqiqliklə vuran silah sisteminin yayılması fəal şəkildə genişlənir. Özünün hədəfi vurma qabiliyyəti ilə bu silahlar strateji nüvə silahlarına yaxınlaşır. Belə sistemə sahib olan ölkələr özlərinin hücum potensilaını ciddi şəkildə yüksəldirlər. Biz eyni zamanda bilirik ki, ABŞ raket əleyhinə müdafiə sistemini genişləndirməkdə davam edir”.
Putin vurğulayıb ki, bu sistem sadəcə zaman və coğrafi məkan baxımından bəzi dəyişikliyə uğrayıb. “Bu proqramdan heç kim imtina etməyib. Yalnız zaman məsələsi açıq qalır: nə vaxt və harda RƏM-in elementlərindən istifadə olunacaq”.
Rusiya prezidenti daha sonra maraqlı bir detala toxunub. O qeyd edib ki, bir sıra hərbi analitiklər indi tez-tez vurğulayırlar ki, nəzəri baxımdan birinci zərbə elə nüvə silahına malik olan ölkələr də vurula bilər.
“Biz bunu Silahlı Qüvvələrin inkişafı planında nəzərə almalıyıq. Təkcə ABŞ deyil, digər ölkələr də hucum təyinatlı silahlarının yeniləndirilməsi ilə məğuldurlar. Bura həmçinin orta mənzilli raket sistemi də daxildir. Ətrafımızda olan qonşuların hamısı bu sistemin genişləndirirlər”.
banner

Oxşar Xəbərlər